Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Ekspedisiya və mobil monitorinq sektoru

Nüvə yanacaqları, materialları və energetikası şöbəsinin Ekspedisiya və mobil monitorinq sektoru Respublika ərazisində təbii radiasiya fonunu ölçməsi, havada və torpaqda radionuklidlərin paylanmasının öyrənilməsi, nüvə xammal materiallarının (uran, torium) təbii ehtiyatlarının qiymətləndirilməsini və xəritələşdirməsini həyata keçirir.

Sektor tərəfindən təbii radioaktiv elementlərin (U, Th, Ra) yayılması, qamma-şüalanmasının doza gücünün tədqiqi, havada radon izotoplarının həcmi aktivliyinin təyini və ərazidə aktiv tektonik pozulmaların yaratdığı qamma-şüalanmasında dəyişmələrinin öyrənilməsi kimi radioekoloji elmi tədqiqat işləri həyata keçirilir.

Radioekoloji elmi tədqiqat işlərinin görülməsində istifadə olunan mobil avadanlıqlar

Mobil Radioekoloji Laboratoriya

Sektor tərəfindən Respublikanın bəzi rayonları ərazisində axtarış ekspedisiyaları aparılaraq tərkibində 0.05% xammal nüvə materialları mövcud olan süxurlar yayılmış ərazilər müəyyənləşdirilərək xəritələşdirlimişdir. Ərazidə 25000 nöqtəvi tədqiqatlar aparılıb, 300-dən çox nümunələr götürülüb, radiokimyəvi və spektrometrik analizləri aparılmışdır. Hazırda bu istiqamətdə tədqiqat işləri davam etdirilir.