Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

İnnovasiya və cihazqayırma

İnnovasiya və cihazqayırma şöbəsinin hazırladığı radiasiya detektorları: selvari fotodiodlar, fotoelektron gücləndiricilər və qaz sayğacları əsasında hazırlanmışdır. Detektorların hazırlanmasında istifadə ediləcək yeni nəsil selvari fotodiodlar bizim tərəfimizdən yaradılmışdır və halhazırda bu diodların yeni moddelləri təkmilləşdirilir. Yeni nəsil selvari fotodiodların istehsalı Kanadanın "Zecotek Photonics Inc" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində Rusiyanın "MİKRON" zavodu və Koreyanın "NANOFAB" mərkəzlərində istehsal edilir. Hazırlanacaq radiasiya qeydedici cihazlar nüvə reaktorlarında, kosmik fəza tədqiqatlarında, yüksək enerjilər fizikasında, tibbdə, ətraf mühitin radiasiya monitorinqində, qida məhsullarının və tikinti materiallarının radiasiya səviyyəsinin müəyyən edilməsində, dövlət əhəmiyətli obyektlərin radiasiya təhlükəsizliyində (portal monitorlar), sənayenin müxtəlif (neft-qaz sənayesində səviyyə ölçənlərdə və karotaj kəşfiyyatlarında) sahələrində, ionlaşdırıcı mənbə ilə işləyən işçilərin və hərbi bölmələrin radiasiya təhlükəsizliyinin təmin edilməsində istifadə olunacaqdır. Yaradılacaq detektor sistemləri neytronları, alfa və beta zərrəcikləri və qamma şüaları qeyd etməyə imkan verəcəkdir. İonlaşdırıcı zərrəcikləri qeyd etmək üçün cədvəl 1-də göstərilən ssintilyatorlardan və qeydedicilərdən istifadə olunur.

Şöbədə mövcüd olan avadanlıqlar xüsusi təyinatlı elektronika hissələrinin və cihazların hazırlanmasını həyata keçirməyə imkan verir. Bununla yanaşı şöbə radiasiya cihazlarının yoxlanması əməliyyatlarınıda həyata keçirir.

Cədvəl.1 Hazırlanacaq radiasiya detektorlarının hissələri.

İonlaşdırıcı radiasiyanın növü Foto elektron gücləndirici Selvari fotodiod Qaz sayğacı Sintilyator
Neytron + + 10B üzlüklü və 3He əsaslı sayğaclar Stilben, P-terfenil, BC-454, BC-720, BC-704, BC-501A, BC-505, BC-523
Alfa + + - ZnS, BC-404
Beta + + - BC-418
Qamma şüa + + Heyger sayğacı NaI, CsI, LaBr3(Ce), LFS, BC-408, BC-412


Şəkil.1 Mikro pikselli selvari foto diodların vayferləri, matrisləri və tək elementli diodları

Mikro pikselli selvari foto diodların vayferləri, matrisləri və tək elementli diodları Mikro pikselli selvari foto diodların vayferləri, matrisləri və tək elementli diodları Mikro pikselli selvari foto diodların vayferləri, matrisləri və tək elementli diodları Mikro pikselli selvari foto diodların vayferləri, matrisləri və tək elementli diodları

Şəkil.2 Qaz sayğacları və fotoelektron gücləndiricilər

Qaz sayğacları və fotoelektron gücləndiricilər

Əsas fəaliyyət istiqamətləri

• Yeni nəsil selvari fotodiodların işlənməsi

Yeni nəsil selvari fotodiodların işlənməsi

• Fotoqeydedicilərin və fotoelementlərin vayferlərdən seçilməsi, korpusa yerləşdirilməsi və parametrlərinin təyini

Fotoqeydedicilərin və fotoelementlərin vayferlərdən seçilməsi, korpusa yerləşdirilməsi və parametrlərinin təyini Fotoqeydedicilərin və fotoelementlərin vayferlərdən seçilməsi, korpusa yerləşdirilməsi və parametrlərinin təyini Fotoqeydedicilərin və fotoelementlərin vayferlərdən seçilməsi, korpusa yerləşdirilməsi və parametrlərinin təyini

• Cihazların elektronika hissələrinin platalarının çap edilməsi və yığılması (gərginlik çevricilər, gücləndiricilər, analoq rəqəmsal çevricilər və s.)

Cihazların elektronika hissələrinin platalarının çap edilməsi və yığılması (gərginlik çevricilər, gücləndiricilər, analoq rəqəmsal çevricilər və s.)

• Ölçü cihazlarının program təminatının yazılması C++



• İonlaşdırıcı radiasiya detektor modullarının yığılması



• İonlaşdırıcı radiasiya cihazlarının və digər çox funksiyalı cihazların hazırlanması (dozimetir,spektrometr, portal monitorlar.)



• Xüsusi təyinatlı elektronika hissələrinin və cihazların hazırlanması

• Müxtəlif formalı metal və plastik tərkibli element hissələrinin dizayn edilməsi və yığılması



• 3D maketlərin dizayn edilməsi və hazırlanması



• Radiasiya detektorlarının servisi