Doktoranturaya qəbul "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş doktoranturaya qəbul planına əsasən 2019-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.  

   Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 10 dekabr 2018-ci il - 11 fevral 2019-ci il hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək Doktorantura və dissertantura şöbəsində qəbul ediləcək.

   Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

   Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Təhsil və elmi-təşkilati şöbəsinə təqdim olunmalıdır:

- "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən və ya fakültədən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur);

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

-şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

   Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

   Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Təhsil və elmi-təşkilatı şöbəsinə təqdim olunmalıdır:

- "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

   Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

   Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.

   Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.

   Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır. 

   Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Təhsil və elmi-təşkilati şöbəsinə təqdim etməlidirlər:

- "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədrinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (referata rəy tələb olunur)

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

   Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.

   Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçı aşağıdakı sənədlər "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC Təhsil və elmi-təşkilati şöbəsinə təqdim olunmalıdır:

- "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədrinin adına ərizə;

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış; 

- müdafiədən sonra çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Ünvan: 

Abşeron rayonu, Bakı-Şamaxı şossesinin 20-ci km, 

"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin Elmi-praktik və tədris məqsədli təcrübi istehsalat kompleksi

 

Coğrafi koordinatları:
Ş 40° 25' 47.44" 
C 49° 40' 06.27"
tel: (+994 12) 341 01 84
fax: (+994 12) 341 01 82
E mail: info@mntm.az
www.mntm.az