30 may 2019-cu ildə "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-də elmi seminar keçirilmişdir. Seminarda Türkiyənin Ankara şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) təşkil etdiyi RER0043 "Nüvə və Radioloji Təhlükəsizlik bələdçiliyi" mövzusunda təşkil olunan regional məktəbdə iştirak edən "Tədqiqat Nüvə Reaktoru Kompleksi"-nin Nüvə Reaktor Təhlükəsizlik qrupunun mühəndisi Nəbiyev Nicat Nəriman oğlu geniş məruzə ilə çıxış etmişdir. Müəllif öz çıxışında aşağıdakı mövzuları şərh edib

    - Bələdçilik və Təhlükəsizlik mədəniyyəti üzrə AEBA standartları

    - Bələdçiliyin atributları, xarakteristikaları və təriflər

    - Təhlükəsizlik mədəniyyəti və idarəetmə sistemi

    - Nüvə qəzalarından çıxarılan nəticələr

    - Radioloji qəzalardan çıxarılan nəticələr

   Həmçinin mərkəzin əməkdaşı regional məktəbdə olduğu müddət ərzində texniki ziyarət etdiyi Türkiyə Atom Enerjisi Qurumu (TAEQ), Hacettepe Universitetinin xəstəxana bölməsinin Radioterapiya şöbəsi, Ufuk Universitetinin xəstəxana bölməsinin Radioterapiya şöbəsi və burada tətbiq olunan yeni nəsil nüvə və radioloji avadanlıqlar barədə dinləyiciləri məlumatlandırdı.

   Elmi seminar diskussiya və sual-cavabla tamamlandı.