Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətində 04.06.2019 cu il tarixində Ramazan bayramına həsr olunmuş iclas keçirilib. 

   İclası MNTM QSC-nin sədri, akademik Adil Qəribov açaraq, mərkəzin əməkdaşlarını Ramazan bayramı münasibətilə təbrik edib. Sədr öz çıxışında Müsəlman aləmi üçün əlamətdar sayılan bu bayramda, ölkə başçısının İslam dininə ayırdığı xüsusi diqqətindən söz açıb. Dinimizdə və müqəddəs Qurani Kərimdə gözəl əməllərdən birinin elm olduğunu vurğulayan akademik, əməkdaşları elmi-tədqiqat yolunda əzmlə çalışmağa və nüvə enerjisi sahəsində elmin inkişafına öz töhvələrini verməyə çağırıb. 

   Tədbirdə həmçinin, Mərkəzin əməkdaşları da Ramazan bayramı münasibətilə çıxışlar etdilər. Tədbirdə çıxış edən "Tikinti-quraşdırma" üzrə mühəndis Şükürov Namiq və Strelizasiya məqsədli "Qamma şüalanma kompleksi" nin mühəndisi Rzayev Arif öz çıxışında Allahın "Qurani - Kərimdə buyurduğu yollarla getməyin doğruluğunu vurğulayaraq, bütün əməkdaşları bayram münasibəti ilə təbrik edib və öz xoş arzularını söyləyiblər. 

  Çıxışının sonunda tətbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edən sədr, Allahdan tutulan bütün oruc və niyyətlərin qəbul olunmasını və hər kəsə bol ruzi bərəkət, əminamanlıq, uğur dolu günlər arzu edib.

  Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin kollektivi bütün dünya müsəlmanlarının Müqəddəs Ramazan bayramını təbrik edir! Tutduğunuz oruclar, etdiyiniz dualar qəbul olsun!