"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin "Tədqiqat Nüvə Reaktoru Kompleksi"-nin Reaktor təhlükəsizliyi qrupunun rəhbəri Səbinə Məhərrəmova 24-28 iyun 2019-cu il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin OECD Nüvə Enerjisi Agentliyi və Avropa Komissiyası ilə birgə Vyanada təşkil etdikləri "Nüvə Reaktorlarının İşlənmiş Yanacağının Menecmenti: Keçmişdən öyrənmə, Gələcəyi təmin etmə" mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak etmiş və konfransın 3-cü günündə "Halden BWR reaktoru işlənmiş yanacağının radiotoksikliyinin hesablaması üçün həssaslıq və qeyri-müəyyənlik analizləri" başlıqlı məqaləsini poster sessiyasında təqdim etmişdir.

   AEBA-nın 50-ə yaxın üzv ölkəsindən və beynəlxalq təşkilatlardan 300-ə yaxın mütəxəssisin qatıldığı konfransın əsas məqsədi nüvə enerjisindən istifadə sahəsində 60-70 illik təcrübəsi olan ölkələrlə bu sahəyə yeni qədəm qoyan ölkələri bir araya gətirib, onların təcrübəsini paylaşmaq və işlənmiş yanacağın menecmenti sahəsində bugünki yenilikləri və məhdudiyyətləri müzakirə etmək idi.