XXI əsr dünyada yeni elmi istiqamətlər, kəşflər, yüksək texnologiyalar, periodik dəyişən iqtisadi durum, mürəkkəb siyasi münasibətlər, enerji daşıyıcıları, separatçılıq, siyasi və dini faktorlara görə hərbi münaqişələrlə xarakterizə oluna bilər. Belə bir dövrdə kiçik ölkələrin tam müstəqilliyinin təmin edilməsi, sərbəst siyasi və iqtisadi mövqeni saxlamaq və inkişaf etdirmək çox mürəkkəb və çətin məsələ olub, əksər hallarda problematikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası böyük miqdarda və çeşitdə yeraltı təbii ehtiyatlara, maraqlı coğrafi mövqe, milli tərkibə malik olduğundan dünyanın aparıcı ölkələrinin daimi diqqət mərkəzində olub. Bu ölkələr Azərbaycanı öz nüfuz dairəsində saxlamaq uğrunda müxtəlif vasitələrdən istifadə ediblər və edirlər. Belə bir şəraitdə Azərbaycan Respublikasının sərbəst siyasi və iqtisadi xəttini həyata keçirmək, dünya ölkələri içərisində öz sözü və mövqeyinə malik olmaq, yeni başlanan dördüncü texnoloji inqilaba ölkənin elmi, kadr və iqtisadi imkanlarını hazırlamaq, daxili sabitliyə, yüksək iqtsadi inkişaf tempinə nail omaq istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İ.Əliyev cənablarını anadan olduğu gün münasibəti ilə təbrik edir, ona can sağlığı, daimi sağlam və sevincli həyat, çox məsul və taleyüklü çoxsahəli fəaliyyətlərində uğurlar arzulayırıq. Ulu Öndərimizin siyasi xəttini yeni dövrə uyğun uğurla davam etdirən İ.Əliyev cənabları Respublikamızın ərazi bütövlüyü, sosial təminatlı iqtisadi inkişaf, sərbəst və tarazlı xarici siyasəti, ölkəmizdə dünyanın ən aktual, proqressiv elmi və texnoloji yüniliklərinin inkişaf tapması əsasında davamlı inkişafın təminatı istiqamətində yeni modern, dərin elmi əsaslara, sosial durumun daimi yüksəlişinə nail olmaq məqsədli siyasət aparır. 

   İndi dünyanın inkişaf etmiş ölkələrində informasiya kommunikasiya texnologiyaları və onların nailiyyətlərinin həyatımızın bütün sahələrində tətbiqi, kosmik və nüvə elmləri və texnologiyaları aktual və strateji əhəmiyyətli olub, hər bir ölkənin iqtisadi, siyasi və hərbi qüdrətini təyin edən əsas faktorlardandır. 

   Azərbaycan Respublikası Prezidenti möhtərəm İ.Əliyev cənabları göstərilən elmi-texnoloji istiqamətlərin Azərbaycanda inkişafı və iqtisadi, elmi, siyasi durumlarımızın inkişafının təmini istiqamətində ardıcıl siyasət aparır. Belə ki, Respublikamızda İKT və onun əsasında yüksək texnologiyalar, kosmik və nüvə texnologiyalarının inkişafı sahəsində genişmiqyaslı layihələr həyata keçirir. 

   Nüvə elmləri və Texnologiyalarının müasir dövrün aktual və strateji əhəmiyyətli olmasını nəzərə alaraq, nüvə proqramının həyata keçirilməsinin ilkin mərhələsi olan Nüvə elmi və texnoloji infrastrukturu kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində 8 may 2014-cü ildə 442 saylı Sərəncamı ilə möhtərəm cənab prezidentimiz tərəfindən "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC yaradılıb. Milli Nüvə Tədqiqatları Mərkəzi fəaliyyət göstərdiyi 5 ildən bir az çox müddətdə struktur formalaşma dövrünü yaşayaraq, malik olduğu maddi-texniki, kadr potensialı, beynəlxalq əlaqələr əsasında elmi, texnoloji maraq doğuran çoxlu nəticələr əldə edilib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə birgə milli layihə çərçivəsində Strelizasiya məqsədli qamma şüalanma kompleksi tikilib quraşdırılıb və istifadəyə verilib. Ən müasir nüvə materiallarının ekspertizası üzrə milli laboratoriya, Reaktor fizikası, innovasiya və cihazqayırma şöbəsi və digər struktur vahidləri formalaşıblar.

   Hesabat ilində (2019-cu ildə) alınmış elmi nəticələr əsasında 100-dən çox yüksək reytinqli jurnallarda elmi məqalə şəklində çap olunub, 1 patent alınıb, üç mühüm nəticə alınıb. İyirmiyə yaxın gənc mütəxəssislərimiz CERN, Rosatom, Dubna, BNTİ-də ixtisasartırma kursları keçir və birgə tədqiqatlar aparır. Bir dərslik-monoqrafiya çap olunub.

   AEBA ilə nüvə ekspertiza laboratoriyası yaranması üzrə layihlər icra olunur. 

   Göründüyü kimi, möhtərəm cənab prezidentimizin sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində kifayət qədər nailiyyətlər qazanılıb. İndi paralel olaraq Nüvə proqramının ikinci mərhələsi olan nüvə texnologiyaları və nüvə energetik sistemlərin əsaslandırılması üzrə işlərə start verilib. 

   Möhtərəm cənab Prezident, Azərbaycanın ilk Nüvə elmləri və texnologiyaları sahəsində infrastrukturun yaranması və onun fəaliyyətinə şərait yaradılması istiqamətində verdiyiniz Sərəncam və göstərdiyiniz dəstəyə görə Sizə Mərkəzin əməkdaşları və Respublikamızın elmi ictimaiyyəti adından dərin minnətdarlıq bildirirəm. Sizə ad gününüzdə can sağlığı, uzun, xoşbəxt və sevincli həyat, Respublikamızın bütün sahələrdə yüksəlişi və çiçəklənməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

      Hörmətlə,

"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin

sədri, akademik A.A.Qəribov