1.   Yüksək Enerjili Hissəciklər Fizikası istiqaməti üzrə

CERN-in ALICE təcrübəsində enerjisi 2.76 TeV olan qurğuşun - qurğuşun (Pb-Pb) toqquşmalarında proton və antiprotonların paylanmasının həm nəzəri, həm də təcrübi olaraq qanunauyğunluqları aşkar olunub.

Anar Rustamov, Peter Munzinger, Johanna Stachel, akad. Adil Qəribov daxil olmaqla 4 az müəllifli, 80 məqalə isə koloborasiyada yüksək impakt faktorlu jurnallardakı məqalələr

2. Nüvə Fizikası istiqaməti üzrə

Cf-252 Kalifornium-252 nüvəsinin spontan, U-233 və U-235 nüvələrinin isə neytronların təsiri altında baş verən nadir nüvə parçalanma prosseslərinin tədqiq etmək üçün, eyni zamanda yüklü zərrəciklərin enerjisi, növü, detektorla toqquşma zamanı və koordinatları haqqında məlumat almağa imkan verən silisium əsaslı detektorlardan ibarət USB-port ilə idarə olunan çoxfunksiyalı sinxronlaşdırma və qeydetmə modulu ilə təhciz olunmuş yeni təcrübi qurğu qurulmuşdur.

Müəlliflər: Q.Əhmədov, F. Əhmədov, R.Əkbərov, N.Abbaszadə

Hesabat ilində 4 məqalə və 1 patenet alınıb.

 

3. İnnovasiya və Cihazqayırma istiqaməti üzrə

Piksellərinin sayı 136000, ölçüsü 10μm, həndəsi effektivliyi 95% olan yeni mikropikselli silisium əsasında anloqlarından yüksək fotoqeydetmə effektivliyi və gücləndirmə əmsalına malik yeni MAPD-3NK selvari fotodiodlar hazırlanmışdır.

Müəlliflər: A.Sadıqov, Z.Sadıqov

Hesabat ilində 6 məqalə çap olunub, 3 Respublika miqyaslı, 3-ü isə yüksək impakt faktorlu xarici jurnallarda çap olunub.

4. Radiasiya materialşünaslığı və radiasion nanotexnologiya istiqaməti üzrə

Epitermal neytronların nano-silisiuma təsiri zamanı elastik səpilmə, radiasion tutma və yaranan aralıq qeyri-stabil nüvələrin çevrilmələri nəticəsində mühitə verilən enerji, yaranan deffektlər və onların nano-silisiumun elektrifiziki və dielektrik xassələrinə təsiri qanunauyğunluqları aşkar olunub.

Alınmış nəticələr əsasında materiallara radiasion leqirə üsulu ilə yeni elementlərin daxil edilməsi və xassələrinin modifikasiyasında istifadə olunacaqdır.

Müəlliflər: A.Qəribli, E.Hüseynov, akad. A.A. Qəribov, T.Nağıyev