“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Respublika ərazisində təbii radiasiya fonunu ölçməsi, havada və torpaqda radionuklidlərin paylanmasının öyrənilməsi, nüvə xammal materiallarının (uran, torium) təbii ehtiyatlarının qiymətləndirilməsini və xəritələşdirməsini həyata keçirir.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Ekspedisiya və mobil monitorinq qrupunun əməkdaşları Azərbaycan Respublikası Şamaxı rayonunun ərazisində Oliqosen-Miosen yaşlı Maykop lay dəstəsinin qumlu-gilli çöküntüləri yayılmış ərazisində mikroskopik üzvi qalıqlı gilli-şistli məhsuldar qatın Məlhəm kəndi istiqamətində (qərb-şimal-qərb) izlənilməsi və ərazidə yerüstü Radioekoloji (nüvə-geofiziki) tədqiqatların aparılması məqsədi ilə 09.06.-28.06.2020-ci il tarixlərində (20 günlük) Şamaxı rayonunun Cabanı və Məlhəm kəndlərinə çöl ekspedisiyasına  göndərilmişdir.


Radioekoloji elmi tədqiqat işlərinin gedişi ilə tanış olmaq məqsədi 23.06.2020-ci il tarixində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri akademik Adil Qəribov, sədr müavini k.ü.f.d. Cəlal Nağıyev və Təsərrüfat və təchizat şöbəsinin müdiri  Vidadi Mustafayev çöl ekspedisiya ərazisində olublar. 


Ekspedisiya rəhbəri  Arif Cəfərov tərəfindən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədrinə, hazırda mütəxəssislər tərəfindən ərazidə həyata keçirilən radioekoloji elmi tədqiqat işləri haqqında (təbii radioaktiv elementlərin (U, Th, Ra) yayılması, qamma-şüalanmasının doza gücünün tədqiqi, havada radon izotoplarının həcmi aktivliyinin təyini və ərazidə aktiv tektonik pozulmaların yaratdığı qamma-şüalanmasında dəyişmələrinin öyrənilməsi) ərtaflı məlumat verilmişdir. 







Çöl ekspedisiya müddətində indiyə kimi ərazidə 25000 nöqtəvi dozimetrik-radiometrik tədqiqatlar aparılıb, 300-dən çox süxur nümunəsi götürülüb, radiokimyəvi və radiospektrometrik analizlər aparılmışdır. 
 
Bu istiqamətdə tədqiqat işlərinin davam etdirilməsi məqsədəmüvafiq hesab edilmişdir.