18 avqust tarixində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədri akademik Adil Qəribov və Mərkəzin şöbə müdirləri və əməkdaşlarının iştirakı ilə növbəti veb-seminar keçirilib. Görüş zamanı 2020-ci ilin birinci yarım ili ərzində görülmüş işlər və gələcək planlar barəsində müzakirələr aparılmışdır. Seminar Mərkəz üçün yaxın prespektivdə alınması planlaşdırılan yeni avadanlıqların, neytron mənbəsinin seçimi və əsaslandırılması mövzusunda veb-seminar keçirilib.

Akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Azərbaycanda nüvə elmləri və texnologiyaları istiqamətində icraçı dövlət qurum olub yüksək hazırlıqlı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsində Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun imkanlarından geniş istifadə etməsi faktını vurğulamışdır. Bu nöqteyi-nəzərdən, Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun unikal texniki imkanları, yüksək hazırlıqlı kadr potensialı və elmi məktəbləri Milli Nüvə Tədqiqatları Mərkəzinin nizamnamə üzrə fəaliyyət sahələrinə daha çox uyğun olduğundan, bizim üçün bu institutla əlaqələr böyük əhəmiyyət kəsb etməsini bildirmişdir.

Veb-seminarda Qadir Əhmədov, Laçın Tayıbov, Ehtiram Şahəliyev, Afaq Mədətzadə və Cəlal Nağıyevin seminarın gündəliyində olan məsələlərə aid çıxışları dinlənilmişdir.

Seminarda Mərkəzin əməkdaşı Rafael İsayev özünün Moskva Mühəndislər Fizikası İnstitutunun “Materialşunaşlıq və materialların texnologiyası” ixtisası üzrə magistraturanı müvəffəqiyyətlə bitirməsi və Milli Nüvə Tədqiqatları İnstitutunun aspiranturasına daxil olunması barəsində məlumat verdi. Sədr və digər seminar iştirakıları R.İsayevi yüksək balla aspiranturaya daxil olması münasibəti ilə təbrik edib ona, gələcək elmi tədqiqatlarında müvvəfəqiyyət arzulayaraq, işləyəcəyi İnstitutla MNTM QSC arasında elmi əlaqələrin qurulması və birgə elmi işlərin aparılması istiqamətində müvafiq tapşıqlar vermişdir.

Sonda sədr akademik Adil Qəribov mərkəzin fəaliyyət istiqamətlərinə uyğun funksional neytron mənbəyinin alınması və bu istiqamətində müvafiq hazırlıq işlərinin görülməsi üçün tapşıq vermişdir.