“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Respublika ərazisində radioekoloji

durumun tədqiqi və radiasiya təhlükəsizliyi problemlərinin elmi
əsaslarını işləyib hazırlayır. MNTM QSC iş planınına əsasən Şəki
rayonunun İnçə və Zunud kəndləri ətrafı ərazilərində yayılmış süxurlar
üzrə nüvə-geofiziki və radioekoloji tədqiqatların aparılması
planlaşdırıb.
MNTM QSC  əməkdaşları tərəfindən Azərbaycan Respublikası Şəki rayonunun
İnçə və Zunud kəndləri ətrafı ərazilərində yayılmış Yura yaşlı
 
gilli-qumlu qara şistlərdə nüvə xammal materiallarının (U,Th)
izlənilməsi və qiymətləndirilməsi məqsədilə yerüstü radioekoloji,
nüvə-geofiziki tədqiqatların aparılması həyata keçirilir.
Tədqiqat işinin məqsədi rayon ərazisində təbii radioaktiv elementlərin
yayılmasının tədqiqi və qamma-şüalanmasının öyrənilməsidir.

Ekspedisiya rəhbəri  Arif Cəfərov tərəfindən “Milli Nüvə Tədqiqatları
Mərkəzi” QSC-nin sədrinə, hazırda mütəxəssislər tərəfindən ərazidə
həyata keçirilən radioekoloji elmi tədqiqat işləri haqqında (təbii
radioaktiv elementlərin (U, Th) yayılması, qamma-şüalanmasının doza
gücünün tədqiqi, havada radon izotoplarının həcmi aktivliyinin təyini və
ərazidə aktiv tektonik pozulmaların yaratdığı qamma-şüalanmasında

dəyişmələrinin öyrənilməsi) ərtaflı məlumat verilmişdir.
Bu istiqamətdə tədqiqat işləri hazırda  davam etdirilir.