Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğumuza və Ordumuzun şəxsi heyətinə daim xüsusi diqqət və qayğı göstərilməsinin parlaq nəticəsi kimi, rəşadətli Azərbaycan Ordusu əks hücum əməliyyatı nəticəsində düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqdadır.

 “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızın azad olunması uğrunda haqq savaşı aparan şanlı, rəşadətli Azərbaycan Ordusunun yanında olduğunu ifadə edərək, Silahlı Qüvvələrə Yardım Fonduna 14 031 manat vəsait köçürmüşdür.

Nüvə tədqiqatları sahəsində çalışan kollektivimiz bu addımı vətəndaşlıq borcu hesab edərək, könnüllü olaraq əmək haqlarını fonda köçürmələri haqqında qərar qəbul etmişdirlər.

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC rəhbərliyi və kollektivi olaraq biz, işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq bərpa və quruculuq işlərində Mərkəzin fəaliyyət istiqamətlərinə aid olan işlərin icrasında Ali Baş Komandanı tapşırıqlarını səbirsizliklə gözləyərək, xalqımızın xidmətində olduğumuzu minnətdarlıq hissi ilə bildiririk.

Apardığımız haqq savaşımızda başda cənab Ali Baş Komandanımız olmaqla, rəşadətli, müzəffər əsgər və zabitlərimizlə qürur duyuruq.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !