Azərbaycan Silahlı Qüvvələrinin son nailiyyətləri və Covid-19  

                   pandemiyasının ikinci dalğasının başlanması ilə bağlı iclas

          19.10.2020

 

19.10.20-ci il tarixində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də akademik Adil Qəribovun sədrliyi ilə iclas keçirildi. İclasın əsas mövzusu Azərbaycan Silahlı Qüvvələrinin son nailiyyətləri Covid-19 pandemiyasının ikinci dalğasının başlanması ilə bağlı  idi. Sədr ilk olaraq Füzuli rayonunun erməni işğalçılarından azad olunması münasibəti ilə bütün kollektivi ürəkdən təbrik etdi, erməni qəddarlığı nəticəsində həyatını itirmiş şəhidlərimizə Allahdan rəhmət dilədi. Çıxışının davamında sədr qeyd etdi ki, biz hazırda iki düşmənə qarşı böyük mübarizə aparırıq. Onlardan biri erməni işğalçıları, digəri isə bütün dünyanı təşvişə salan Covid-19 pandemiyasıdır. Cəbhədə gərgin döyüşlərin getdiyi belə bir məqamda dövlətimizi ikinci böyük çətinliklə üz-üzə qoymamaq üçün bu problemə yüksək məsuliyyətlə yanaşmalıyıq.  Bunun üçün hər birimiz sanitar normalara riayət etməli, tibbi maskalardan və qoruyucu vasitələrdən istifadə edərək özümüzün və yaxınlarımızın həyatını təhlükəyə atmamağa çalışmalıyıq.

Çıxışının davamında o, Azərbaycanın multikultural dəyərlərə malik dövlətçilik ənənələri olması mövzusuna toxundu. O, bildirdi ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Ulu Öndər Heydər Əliyev tərəfindən yürüdülən bu siyasət hazırda İlham Əliyev cənabları tərəfindən uğurlu davam etdirilməkdədir. Ölkəmiz üçün belə bir çətin zamanında müxtəlif xalqların nümayəndələri bir Azərbaycan vətəndaşı kimi ordu sıralarına yazılaraq Vətənin azadlığı üçün canından keçirlər. Respublikasımızın apardığı məhz bu siyasətin nəticəsidir ki, bir sıra ölkələr, o cümlədən İsrail işğal atında olan torpaqlarımızın azadlığı uğrunda apardığımız bu mübarizədə bizə dəstək çıxır. 

Azərbaycan xalqının erməni işğalçılarına qarşı uğurlu hərbi əməliyyatlarından danışan akademik A.A.Qəribov qeyd etdi ki, bu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən, çox yüksək dəqiqliyə malik siyasətinin nəticəsində mümkün olub. Onun tərəfindən uzun illər ərzində torpaqlarımızın işğaldan azad olunması məqsədli çoxtərəfli təminatlı siyasi xətt yerinə yetirilmiş və bu günə haqq işimizin siyasi, iqtisadi və hərbi təminatı yüksək səviyyədə formalaşıb. Zərgər dəqiqliyi ilə bu durumun vaxtı, iqtisadi və hərbi, insani, siyasi əsasları işlənilib. Azərbaycan 

 Respublikasının Prezidenti İ.Əliyev cənabları uzun illər xarici faktorların təsiri altında söndürülmüş milli mübarizəmizi, qələbə əzmimizi və son olaraq türk döyüşkənliyini  Azərbaycan xalqın qaytardı.   Onun rəhbərliyi altında böyük nailiyyətlər və qələbələrlə xarakterizə olunan dövr Azərbaycan xalqının həyatının ən şərəfli və uğurlu dövrü kimi tarixə düşdü. Allah Azərbaycan Respublikasının Prezidenti, Böyük qələbələrimizin təminatçısı və Ali Baş Komandanımız İ.Əliyev cənablarınızı qorusun!

  İclasın sonunda Adil Qəribov bir daha hər kəsi işinə və sağlamlığına qarşı məsuliyyətli olmağa çağırdı və torpaqlarımızın azad olunması uğrunda apardığımız müharibədə rəşadətli Azərbaycan ordusuna uğurlar arzuladı.