ALICE təcrübəsində növbəti kəşf Nature jurnalında
Bu gün CERN-də nüvə və elementar zərrəciklər fizikası sahəsində yeni eraya qədəm qoyulmuşdur. CERN-in Azərbaycan Respublikasının da üzv olduğu ALICE təcrübəsində elementar zərrəciklrər fizikası sahəsində ilk dəfə olaraq barion-hiperon arasında güçlü qarşılıqlı təsir aşkar edilmişdir. Bu kəşf nüvə fizikası ilə yanaşı astrofizika sahəsində də böyük əhəmiyyətlə malikdir. Barionlar daxili quruluşu üç valent kvarkdan ibarət olan adronlara deyilir. Məsələn, proton və neytron barion olaraq üç yüngül kvarklardan ibarətdir. Kvarklar arasındakı güclü qarşılıqlı təsir nəticəsində kainatımız formalaşır, bizim mövcud olmağımız üçün ətraf mühit yaradılır. Tərkibində heç olmasa bir qəribə kvark olan barionlara hiperonlar deyilir. Ən məşhur hiperonlardan biri üç qəribə kvarkdan təşkil olunmuş Omega zərrəciyidir. Bu zərrəciyin varlığını Nobel mükafatçısı Murray Gell-Mann əvvəlcədən söyləmişdir və sonradan həmin zərrəcik təcrübədə ölçülmüşdür. Gündəlik həyatımızda hiperonlar mövcud deyildir, onlar yalnız kosmosda, məsələn ulduzlarda və əlbəttə ki, nüvə toqquşmalarında əmələ gəlir. Müasir nüvə fizikası qarşısında duran ən mühüm problemlərdən biri adronların arasında qarşılıqlı təsirin təməl prinsiplərə, yəni güclü qarşılıqlı təsirin fundamental nəzəriyyəsi olan kvant xromodinamikasına əsaslanaraq izah etməkdən ibarətdir. Adətən bu məqsədlə müxtəlif adronlar sürtətlədirilərək bir-biri ilə toqquşdurulur və toqquşma prosesində yaranan zərrəciklərin xassələri araşdırılır. Lakin, sözü gedən məqalədə protonla Omega hiperonu arasındakı qarşılıqlı təsir analiz edilmişdir. Omega hiperonu çox kiçik yaşama müddətinə malik olduğu üçün, bu məqsədlə onları protonlarla bilavasitə toqquşdurmaq çətin olur. ALICE təcrübısində femtometr miqyasında ölçmələrə imkan yaradan yeni üsuldan istidafdə etməklə 13 TeV enerjili proton toqquşmalarında yaranmış protonlarla Omega zərrəcikləri arasında cazibə xarakterli güclü qarşılıqlı təsir ölçülmüşdür. Bu kəşf proton-Omega qapalı sisteminin varlığını yoxlamaq üçün əsas yaradır və gələcək araşdırmaların təməlini qoyur. Nature məqaləsinin müəllifləri sırasında Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) yüksək enerjili hissəciklər fizikası şöbəsinin müdiri, fizika elmləri doktoru Anar Rüstəmov və MNTM – in aspirantı Aydan Qəribli də vardır. Məqalə ilə aşağıdakı ünvandan tanış olmaq mümkündür:
sayt Nature
https://www.nature.com/articles/s41586-020-3001-6