NRYTN-nin tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin sədr müavini Cəlal Nağıyev Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində 20-24 senytabr 2021-ci il tarixlərində Vyana şəhərində keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 65-ci sessiyasında iştirak edir.

 


                                                                      

 Konfrans öz işinə 20 senytabr  2021-ci ildə plenar açılışı ilə başlayıb, ilk dəfə olaraq pandemiya şərtlərinin tələblərinə uyğun olaraq panel iclaslarsız öz işini davam edib. Baş Konfransının 65-ci sessiyası dünya üzrə nüvə elmləri və texnologiyalarının bugünkü durumu haqqında AEBA-ya üzv ölkələrin nümayəndə heyətlərinin başçılarının çıxışları şəklində davam edir.

 

                     


AEBA-nın 65-ci Baş Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Argentina, qardaş Türkiyə və Pakistan respublikalarının nümayəndə heyətləri ilə görüşləri keçirilmişdir. Daha sonra nümayəndə heyətimizin AEBA-nın Təhlükəsizlik təminatları idarəsinin departament müdiri və Texniki Əməkdaşlıq İdarəsinin şöbə müdiri ilə də görüşləri olmuşdur.

Görüşlərdə nüvə elmləri və nüvə texnologiyaları sahələrində respublikamızda insan resurslarının inkişafı məsələsi müzakirə edilmişdir.


 

 21 senytabr tarixində  Azərbaycan Respublikasının nümayəndə heyətinin  rəhbəri Fövqəladə   Hallar Nazirinin müavini cənab Faiq Tağızadənin 65-ci Baş Konfransda çıxışı olub.