Dünyanın bütün yerlərində yaşayan və fəaliyyət göstərən
soydaşlarımız tərəfindən 27.09.2021-ci il tarixi “Anım günü”kimi qeyd edilir,
ikinci Qarabağ savaşında canından və qanından keçən müqəddəs şəhidlərimizin
ruhu ehtiramla yad edilir. Silsilə tədbirlərdən biri də Birləşmiş Nüvə Tədqiqatları
İnstitutunda fəaliyyət göstərən soydaşlarımız tərəfində keçirilmişdir. Tədbir vətən
torpağı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsinin yad edilməsi
ilə başlanmışdır. Tədbiri institutun əməkdaşı Mirzəyev Mətləb giriş sözü ilə
açaraq vətən müharibəsi dövründə xalqımızın Ali Baş komandan ətrafında sıx birləşərək
doğma torpaqlarımızın erməni silahlı qüvvələrindən azad olunması üçün savaşa
başlamasından, Azərbaycan zabit və əsgərlərinin qəhrəmanlığından bəhs etmişdir.
Tədbir iştirakçıları Azad Əhmədov, Fuad Əliyev, Səbuhi Nuriyev, Ramil Əkbərov,
Rafael İsayev, Asif Nəbiyev, Faiq Əhmədov, Asif Əsədov, Elmar Əsgərov və Çex
Respublikasınının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda çalışan əməkdaşı,
soydaşımız Fadahat Mamedov Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətindən
geniş söhbət açmışlar. Həmçinin təşkil olunmuş mükəmməl əməliyyat planlarından,
unikal Şuşa əməliyyatı haqqında fikirlərini bildirmişlər. Sonda şəhid olmuş əsgərlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,
ruhlarına dua oxunmuş, həmçinin Uca Tanrıdan qazilərimizin tezliklə
sağlamlıqlarına qovuşmaları arzu olunmuşdur.