Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Nüvə Fizikası Şöbəsi

Nüvə Fizikası şöbəsində müasir fundamental və tətbiqi nüvə fizikası sahəsində araşdırmalar yerinə yetirilir. Eyni zamanda, nüvə və zərrəciklər fizikası, tətbiqi fizika sahəsində nəzəri işlər də aparılır.

2015 - ci ildə şöbə əməkdaşlarının avropa jurnallarında 10 – dan çox məqaləsi çapdan çıxmış, 3 beynəlxalq konfransda dəvətli plenar çıxışlar edilmişdir. Görülən işlər Yaponiyada mükafata layiq görülmüşdür.

Şöbə əməkdaşları dünyanın ən böyük nüvə laboratoriyası olan Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) iki, NA61/SHİNE və ALİCE təcrübələrində iştirak edirlər. NA61/SHİNE təcrübəsində CERN - in Super Proton Sinxrotronunda sürətləndirilmiş müxtəlif atom nüvələri, eləcə də toqquşma nəticəsində yaranmış nüvə qəlpələri yenidən sürətləndirilərək hədəflərlə toqquşdurulur. Təcrübənin əsas məqsədi, geniş enerji intervalında müxtəlif ölçülü nüvələrin toqquşmaları zamanı proseslərin yaranma en kəsiklərini ölçməkdən, zərrəcilərin spektrlərinin tədqiqindən və yaranmış nüvə materiyasının xassələrini öyrənməkdən ibarətdir. Enerji intervalı protonlar üçün 13 - 400 GeV, agır gurğuşun nüvələri üçün isə 13 - 158A GeV intervalında dəyişdirilir. Eyni zamanda, toqquşan nüvələrin ölçülərini dəyişməklə yaranmış nüvə materiyasının temperatur və sıxlığını idarə etmək mümkün olur. Təcrübədə sürətləndirilmiş protonların maye hidrogenlə, eləcə də, 7Be + 9Be, 40Ar+40Sr toqquşmaları 13A, 20A, 30A, 40A, 80A və 158 GeV enerjilərində yerinə yetirlmişdir. Alınmış nəticələr çoxlu sayda beynəlxalq konfranslarda məruzə edilmiş və məqalə şəklində nəşr edilmişdir. 2017 ci ildə 129Xe+139La və 208Pb + 208Pb toqquşmaları yerinə yetiriləcəkdir.

MNTM-nin fizikləri NA61/SHİNE təcrübəsində toplanmış məlumatlardan istifadə etməklə fizikanın müasir problemləri ilə məşğul olurlar. Bura əsasən təcrübədə yaranmış yüklü zərrəciklərin paylanmalarını tədqiq etməklə nüvə materiyasının xassələrinin araşdırlılması daxildir. Diğər tərəfdən MTNM-in əməkdaşları təcrübədə istifadə olunan müxtəlif detektorların işləmə keyfiyyətini yoxlayan algoritmlər və program paketləri işləyib hazırlayırlar. Bu programların verdiyi nəticələr təcrübələr yerinə yetirldiyi zaman bütün əməkdaşlar tərəfindən izlənir və detektorlarda problemlərin aşkar edildiyi halda onlar qısa müddətdə aradan qaldırılır. MNTM-in əməkdaşları nüvə və zərrəciklər fizikası sahəsində keçirilən beynəlxalq konfranslada plenar çıxışlar etmək üçün dəvətlər alırlar.

Maraqlıdır ki, Böyük Adron Kollayderi (BAK) təcrübələrində kainatda son 14 milyard il ərzində mövcud olmayan mühit laboratoriya şəraitində yaradıla bilir. BAK – da fəaliyyət göstərən ALİCE təcrübəsinin əsas məqsədi ağır ionların toqquşması nəticəsində yaranmış mühitin xassələrini tədqiq etməkdən ibarətdir. Bu cür araşdırmalar astrofiziklərin apartığı tədqiqatları tammalayacagdır. ALİCE təcrübəsi kainatın yaranmasıından cəmi bir necə mikrosaniya sonrakı halı araşdıracaqdır. Aparılan araşdırmalar ətrafımızda olan hər şeyin fundamental təkrib hissəsi olan kvarkların adronlara keçid mexanizmini anlamağa imkan yaradacaqdır. Müasir təsəvvürlərə görə adron mühitindən kvark mühitinə keçid temperaturun 2000 milyard dərəcədən yuxarı qiymətlərində baş verir. MNTM-in əməkdaşları belə mühiti tədqiq etmək məqsədi ilə yaranmış zərrəciklərin say paylanmalarını və onların arasındaki korelyasiyaları tədqiq etmək təklifini irəli sürmüş və bunun üçün nəzəri aparat işləyib hazırlamışlar. Bu təklif ALİCE təcrübəsinin rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır. Gələcəkdə ALİCE təcrübəsində saniyədə 50 min qurğuşun nüvələri toqquşmalarının qeydə alınması nəzərdə tutulur. Bu isə məlumatların həcminin indikindən təxminən 100 dəfə böyük olması ilə nəticələnəcəkdir. Məlumatların emalında istifadə olunan komyuter sistemlərinin və alqoritmlərin yenidən işlənib hazırlanması ən prioritet məsələrdən biridir. Burada əsas məqsəd detektorlarda toplanmış məlumatları kompüter sistemlərinə ötürməzdən əvvəl onların həcmini azaltmaqdan ibarətdir. Bunun üçün istifadə olunan alqoritmlərin təcrübi hadisələr səviyyəsində deyil, zaman kəsiyində işləməsini təmin etmək lazımdır. MNTM-in əməkdaşları böyük həcmli informasiyanın emalı üçün yeni alqoritmlərin işlənib hazırlanması və onların program təminatını yaratmaqla məşğul olacaqlar. Bu problem, müasir informasiya texnologiyaları sahəsində ən qabaqcıl məsələlərdən biridir.