Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Proton və izotop sürətləndiricisi qurğusu

Milli Nüvə Tədqiqatları Mərkəzində quraşdırılması nəzərdə tutulmuş sürətləndirici kompleksi paramertlərinə görə hazırda dünyada fəaliyyət göstərən ən unikal maşınlardan olacaqdır. 1000 -dən çox izotopların alınması nəzərdə tutulmuş kompleksdə, nüvə fizikası, biologiya, tibb, astro zərrəciklər, atom fizikası və s. sahələrdə araşdırmalar yerinə yetiriləcəkdir.

Sürətlədirici kompleksi xətti və dairəvi hissələrdən ibarət olub, protonlarla yanaşı yüngül atom nüvələrinin sürətləndirilməsi üçün də istifadə olunacaqdır. Kompleksin sxematik təsviri Şəkil 1 - də göstərilmişdir. Protonlar xətti sürətləndiricidə 50-70 MeV kinetik enerjiyə qədər sürətləndirilərək sinxrotrona ötürüləcəkdir. Çevrəsinin uzunluğu təxminən 157 m olan dairəvi sinxrotronda saniyədə % proton 2 GeV enerjiyə qədər sürətləndirliəcək və müxtəlif hədəflərlə toqquşdurulacaqdır. Yaranmış nüvə fraqmentləri kütlə spektrometri vasitəsi ilə ayrılacaqdır.

Yerinə yetirilən araşdırmalar Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) aparılan işləri tamamlayacaq və dünya alimlərinin Azərbaycan Respublikasına marağını artıracaqdır. Eyni zamanda, respublikada müasir nüvə fizikası və elementar zərrəciklər vasitəsi ilə tibbi müayinə və diaqnostikanın yeriə yetirilməsi üçün şərait yaradılacaqdır.

Kompleksin quraşdırılmasında Almaniyanın Höte adına Frankfurt Universiteti və CERN mütəxəssiləri iştirak edəcəkdirlər. 2016 - ci ilin əvvəlində CERN - də toplantı təşkil olunacaq və yerinə yetiriləcək birgə işlərin detalları müzakirə olunacaqdır.