1. Nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində tədbirlərin həyata keçirilməsindən;

2. Nüvə texnologiyalarının müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsi və ondan istifadənin təmin olunmasından;

3. Nüvə elmləri və texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılmasından;

4. Elmi tədqiqatların genişləndirilməsindən;

5. Yüksəkixtisaslı kadr potensialının gücləndirlməsindən;

6. Materialların xassələri və tərkibinin modifikasiyası, elm və texnikanın müxtəlif sahələr üçün neytron analitik xarakterli işlərin reallaşdırılmasından;

7. Müasir tipli hissəcik və nüvə sürətləndirici, radioizotop mənşəli, şüalanma mənbəli qurğuların yaradılması və onların bazasında nüvə və radiasiya materialşünaslığı, nüvə çevrilmələri və digər elmi-praktiki işlərin icrasından;

8. Nüvə, neytron, yüksək enerjili hissəcikləri və şüaları ayırd və qeyd edən materialların, onların əsasında cihazların hazırlanması və tətbiqindən;

9. Sənaye, kənd təsərrüfatı, tikinti və tibbi sahələrdə istifadə olunan materialların radiasiya üsulu ilə işlənilməsindən; eyni zamanda, ölkədə istehsal edilən, idxal və ixrac olunan kənd təsərrüfatı, ərzaq məhsulları, digər məlumatların radiasiya, sterilizasiya texnologiyalarının yaradılmasından;

10. Nanomaterialların radiasiya texnologiyalarının işlədilməsindən ,o cümlədən, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqindən;

11. Azərbaycan Respublikasında nüvə və radiasiya texnologiyalarının tətbiqi ilə bağlı aparılacaq iş və xidmətlərə elmi- metodiki dəstəyin həyata keçirilməsindən ;

12. Azərbaycan Respublikasının ərazisi üzrə radiasiya fonunun öyrənilməsində, eləcə də torpaq, su və havada radionuklid paylanmasının tədqiqində aidiyyəti dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi-fiziki şəxslərin müraciətləri əsasında materialların və digər məmulatların radioloji laboratoriya sınaqlarında, respublikada aparılan nüvə və radiasiya təhlükəsizliyi üzrə layihə və dövlət proqramlarında iştirak edilməsindən;

13. Nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə energetikası istiqamətlərində kadrların hazırlanması və ixtisaslarının artırılması, doktorantura üzrə elmi kadr hazırlığının həyata keçirilməsindən;

14. Xarici ölkələrin müxtəlif qurumları, Atom Enerjisi üzrə Byenəlxalq Agentlik və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsindən;

15. Azərbaycanın nüvə, material, xammal, ehtiyatlarının qiymətləndirilməsi üçün çöl-axtarış, laboratoriya tədqiqat işlərinin aparılması və aşkar olunmuş ehtiyatların əsasında dinc məqsədli nüvə materialları texnologiyalarının və onların əsasında prespektiv nüvə energetika sistemlərinin yaradılması haqqında təkliflərin işlənilməsi;

16. Perspektiv materialların alınması (nanomaterial, metal ərinti, smart, rezin, polimer və kompozit) və mövcud sistemlərin effektivliyini artırmağa imkan verən radiasion texnologiyalarının işlənilməsi;

17. Nüvə və radiasion texnologiyalarının Azərbaycanda məqsədəuyğun istifadəsi üzrə layihələrin icrası;

18. Nüvə, yüksək enerjilər fizikası üzrə beynəlxalq elmi, elmi-praktiki kollaborasiya və layihələrdə iştirak etmək, bu istiqamətlərdə yeniliklərdən faydalanmaq;

19. Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi, radioloji problemlərinin həlli istiqamətlərində layihələrdə iştirakı;