"Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin
Elmi-praktik və tədris məqsədli təcrübi istehsalat kompleksi üzrə

Məlumat

1. Tədqiqat Nüvə Reaktoru (TNR)
Müasir dünya təcrübəsi əsasında iki tərkib hissədən ibarət olan Tədqiqat Nüvə Reaktoru yaradılması tövsiyyə olunur.
   1.1. 20 meqavat gücündə elmi, praktiki və texnoloji fəaliyyəti üçün istifadə olunacaq.
   1.2. 2 kilovat tərtibində gücü olan nüvə elmləri, texnologiyaları, energetikası, hərbi, gömrük və s. sahələrdə kadr hazırlığı,təlim, tədris, treninq kurslarında istifadə olunacaq.

2. Sterilizasiya Məqsədli Qamma Şüalanma Kompleksi

3. Proton və izotop sürətləndiricisi
Yüngül tibbi izotoplar, proton legirə və şüalanma ilə radiasiya materialşünaslığı, nanotexnologiya, radiasiya fizikası üzrə elmi-praktiki işlərin icrasında istifadə olunacaqdır.

4. Elektron sürətləndiricisi
Yarımkeçirici, seqnetoelektrik, dielektriklər əsaslı material və cihazların alınması və modifikasiyası, radiasiya fizikası üzrə həm elmi həm də praktiki işlərin aparılması, texnoloji fəaliyyətlə əlaqəli ekoloji proseslər, yeni maddələrin alınması, polimer, polimer-kompozitlərin alınması, nanotexnoloji, neft kimyəvi və kimyəvi proseslərin radiasion texnologiyaların işlənilməsi

5. Kiçik aktivli qamma-şüalanma mərkəzi (Aktivliyi-30 kilo küri)
Atom-hidrogen, radiasiya davamlılıq və digər sahələrdə işlər üçün

6. Tədqiqat-İstehsalat Korpusu
Nüvə materialları, nüvə yanacaq tsikli, radiasion modifikasiya yeni alınmış materialların, cihazların, detektor, nanotexnoloji tədqiqatların aparılması nəzərdə tutulur. Korpus xüsusi steril təmizlik rejimli olmalıdır.

7. İnzibati Offis Korpusu
Burada xususi rejimlərdə alınmış təcrübi sınaq elmi-praktiki, texnoloji materialların işlənməsi nəzəri seksiyalar, rəhbərlik və köməkçi sistemlər yerləşməsi nəzərdə tutulur.

8. Data Mərkəzi
Azərbaycan indiyə kimi CERN ilə yalnız Atlas proqramı üzrə əlaqəli elmi işlərdə iştirak edirdi.
Cənab prezidentin 8 may sərəncamından sonra CERN və digər beynalxalq mərkəzlər ilə 10-a yaxın yeni proqramlara qoşulmaq haqqında təklif hazırlanıb, yaxın vaxtlarda onlar üzrə danışıq və protokol imzalanması nəzərdə tutulur. Odur ki, beynalxalq qurumlarda bizim mütəxəssislərin iştirakı ilə alınmış məlumat bazalarından daimi istifadə və nəticələrin asan emalı və mübadiləsi üçün yüksək səviyyəli data mərkəzin yaranması tələb olunur.

9. Saxlanma kamerası
Radioaktiv tullantı və materialların saxlanılması kamerası

10. Köməkçi sistemlər