Nüvə Təhlükəsizliyi, nüvə materiallarının sülh məqsədlər üçün olmayan istifadəsinin qarşısının alınması, insanların və ətraf mühitin ionlaşdırıcı radiasiyanın təsirindən qorunması və bu materialları təmin edən müəssisələrin hər cür oğurluqdan və təhlükələrdən qorunmasıdır. Yeni nəsil güc reaktorlarının və tədqiqat nüvə reaktorlarının ən qabaqcıl məsələsi nüvə təhlükəsizliyinin təmin olunmasıdır. Reaktorların xərclərini nəzərə alsaq 75%-i inşaat və təhlükəsizlik xərcləridir. Nüvə reaktorları inkişafları müddətində çox təəssüf ki, üç böyük qəza ilə üzləşmişlərdir.

Qəzalardan biri 1979-cu ildə Amerika Birləşmiş Ştatlarında Pensilvaniya əyalətində "Three Mile İsland" atom elektrik stansiyasında reaktorun həddindən artıq qızması nəticəsində meydana gəlmişdir. Ancaq reaktorun qoruyucu qabı (containment building) olduğuna görə çevrədə hər-hansı bir çirklənmə və radioaktiv sızıntı olmamışdır.

İkinci böyük qəza isə 1986-cı ildə Ukranyada Çernobil atom elektrik stansiyasında baş vermişdir. Hadisə zamanı yanğın böyük olduğuna görə və reaktorun qoruyucu qabı olmadığına görə ətrafdakı insanlar və canlılar ionlaşdırıcı şüaların çox böyük biyolojik təsirinə məruz qalmışdır.

Üçüncü böyük qəza isə Fukuşima I atom elektrik stansiyasında baş vermişdir. Qəzanın baş vermə səbəbi stansiyanın generatorlarını su basmışdı. Bu da stansiyada elektrik enerjisinin təminatında problem yaratmışdı. Soyutma sistemi işləmədiyinə görə stansiyada əriməyə və partlamalara səbəb olmuşdu.

Bütün bu qəzalar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi yenidən təhlükəsizliyə diqqət yetirməyə və qurumda olan şöbələrin yenilənməsinə məcbur etmişdir. Nüvə təhlükəsizliyi milli öhdəlik olsada, beynəlxalq standartlar və təhlükəsizliyə yanaşma dövlətləri bu standartlara uymağa təşviq edir və həmçinin nüvə və radiasiya ilə əlaqəli texnologiyaların təhlükəsiz istifadə olunduğuna əmin olmaq məqsədi ilə sığortalayır. Bundan başqa nüvə təhlükəsizliyi üzrə beynəlxalq standartlar sizin beynəlxalq texniki əməkdaşlığınızın yaranmasına və biznesinizin inkişafına kömək edir. Nüvə təhlükəsizliyi üzrə beynəlxalq standartlar həmçinin dövlətləri hansı öhdəliklərinin olduğunu anlamasına kömək edir.

Nüvə təhlükəsizliyinin ən vacib bölmələrindən biri radioaktiv tullantıların yox edilməsi uzun müddətə saxlanılması və bu tullantıların idarə edilməsi ilə bağlıdır. Təxmini hesablamalara görə ildə 10000 ton radioaktiv tullantı əmələ gəldiyini nəzərə alsaq, son zamanlar terrorist qrupların çoxalması və nüvə materiallarının qaçaqmalçılığı bu cür qurğuların fiziki mühafizəsini aktual hala gətirmişdir.

Nüvə Təhlükəsizliyinin hədəfləri:
• Reaktorlarda davamlı qorunma tədbirlərinin görülməsi və baş verə biləcək radioaktiv təsirlərdən ətraf mühiti və insanları qorumaqdır.
• Normal işçi rejimdə reaktorda baş verən hər hansı bir hadisə və qəza zamanı radioaktiv çirklənməni minimum səviyyədə saxlamaqdır.
• Baş verə biləcək hər hansı qəzanın ehtimalını minimuma endirmək və ya baş verən zaman qəzanın təsirlərini minimuma endirmək üçün lazımı tədbirlərin görülməsidir.

Təhlükəsizlik analizlərinin aparılmasının məqsədi:
• Kompleksdə baş verə biləcək insan və ləvazimat xətalarının aradan qaldırılması
• Bölünmə məhsullarının kənara çıxmasının qarşısını almaq üçün fiziki baryerlərin quraşdırılması
• Əgər fiziki baryerlərdə hər hansı problem yaranarsa bu zaman ətraf mühitin və insanların bu təsirlərdən qorunmasıdır.

Əsas təhlükəsizlik funksiyaları və təhlükəsizlik sistemləri:
• Zəncirvari reaksiyanın idarə edilməsi
• Reaktorun soyutma siteminin mükəmməl qurulması
• Radioaktiv maddələrin ətraf mühitə yayılmasının qarşısının alınması

Hal-hazırda "Milli Nüvə Tədqiqatları Mərkəzi" tərkibində ölkəmizdə tikilməsi nəzərdə tutulan reaktor tədqiqat nüvə reaktoru olduğu üçün biz əsasən tədqiqat nüvə reaktorlarının təhlükəsizliyi ilə bağlı məsələlərə daha çox diqqət ayırırıq. Bu zaman tədqiqat nüvə reaktoru üçün gətiriləcək yanacaq və daha sonralar bu yanacağın işlənməsi və işlənmiş yanacağın yenidən geri qaytarılması zamanı təhlükəsizliyə riayyət olunması çox həssas məsələdir. Yanacağın ölkəyə transportu və reaktorun istismarı zamanı həm reaktor həm də mərkəz tam fiziki mühafizə olunacaqdır. Bundan başqa MNTM-də qamma şüalanma kompleksinin tərkibində olacaq yüksək aktivlikli radioaktiv mənbənin olması və radiasiya təhlükəsizliyi cəhətdən işçi personalın qorunması diqqət mərkəzindədir. Bunun üçün qamma şüalanma kompleksi stasionar dozimetrlər ilə artıq təmin olunmuşdur. Hal-hazırda işçi personalın fərdi dozimetrlər ilə təmin olunması üçün işlər davam etdirilir.

Bütün bu məsələləri nəzərə alsaq bundan sonra dünyada bu cür qəzaların və hadisələrin baş verməməsi üçün dünya birliyi yeni nəsil reaktorların tikilməsi zamanı nüvə texnologiyalarının yeni dizaynına, fövqəladə hal zamanı sistemin avtomatik dayandırılması, soyutma sisteminin avtomatik işə düşməsi və qoruma qabının tam təhlükəsizliyinə diqqət yetirməlidir.