AMEA-nın HƏQİQİ ÜZVÜ, KİMYA ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR ELM XADİMİ, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN MİLLİ NÜVƏ TƏDQİQATLARI MƏRKƏZİNİN SƏDRİ
QƏRİBOV ADİL ABDULXALIQ OĞLUNUN
ELMİ VƏ ELMİ-TƏŞKİLATİ FƏALİYYƏTİ HAQQINDA MƏLUMAT
 
1 Doğum tarixi 28 mart 1950-ci il
2 Milliyyəti Azərbaycanlı
3 Ailə vəziyyəti Evlidir, 2 qız, 1 oğul atasıdır
4 Təhsili - 1966 ildə orta məktəbi gümüş medalla bitirmişdir
- 1966-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsində təhsil almış və C N-448256 fərqlənmə diplomu ilə bitirmişdir
- 1973-1976-cı illərdə Azərbaycan Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında təhsil almışdır
5 Elmi məktəb - 1974-1977-ci illərdə İ.M.Qubkin adına Neft-Qaz İnstitutunun Radiasiya kimyası kafedrası (prof. Q.M.Pançenkov, V.Kozlov)
Lomonosov adına Moskva Dövlət Universiteti, Radiasiya kimyası kafedrası (prof. L.T.Buqaenko)
L.Y.Karpov adına Fizika-kimya Tədqiqatları İnstitutu (porf. A.Q.Kotov)
SSRİ EA-nın Fiziki Kimya İnstitutunda (“Radiokimya” şöbəsi, V.V.Qromov)
İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu (akad. V.A.Leqasov, akad. V.D.Rusanov və b.)
6 Elmi dərəcə - 1979-cu il kimya elmləri namizədi (02.00.04 -fiziki-kimya, 02.00.09 -radiasiya kimyası ixtisasları üzrə), Diplom XM N-005634, Dissertasiyanın mövzusu: Seolit və seolit tərkibli krekinq katalizatorlarına ionlaşdırıcı şüaların təsiri
- 1995-ci il kimya elmləri doktoru (02.00.04 -fiziki-kimya, 02.00.09-radiasiya kimyası ixtisasları üzrə), Diplom ED N-0222, Dissertasiyanın mövzusu: Oksid və metal-oksid sistemlərinin səthində maddənin radiasiya-katalitik parçalanması proseslərində enerji daşınmasının qanunauyğunluqları
7 Elmi ad 1998-ci il - professor (02.00.09 –radiasiya kimyası ixtisası üzrə), Diplom PRN -0419
8 Fəxri ad Əməkdar Elm Xadimi (Vəsiqə № 0066), Azərbaycan Respublikası Prezidenti İ.H.Əliyevin 14 dekabr 2005-ci il tarixli Fərmanı
9   2007-ci il - AMEA-nın müxbir üzvü
2014-cü ildə- AMEA-nın həqiqi üzvü seçilib
10 İş yeri
və vəzifəsi
- 1977-1978-ci illər AMEA Radiasiya Tədqiqatları Sektoru – mühəndis
- 1978-1980-ci illər AMEA Radiasiya Tədqiqatları Sektoru – kiçik elmi işçi
- 1980-1990-cı illər AMEA Radiasiya Tədqiqatları Sektoru – böyük elmi işçi
- 1990-1995-ci illər AMEA Radiasiya Tədqiqatları Sektoru – “Heterogen sistemlərin radiasiya kimyası” qrupunun rəhbəri
- 1995-2001-ci illər AMEA Radiasiya Tədqiqatları Sektoru – “Heterogen sistemlərin radiasiya kimyası” laboratoriyasının rəhbəri
- 2002-2014-cü illər AMEA Radiasiya Problemləri İnstitutunun direktoru
- 2014-cü ildən hal-hazıra kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri
11 Elmi əsərləri 324 dərc olunmuş elmi məqalə, 31 müəlliflik şəhadətnaməsi
12 Elmi kadrların hazırlanması 12 elmlər namizədi, 2 elmlər doktoru
13 Beynəlxalq layihə və qrantlar A.A.Qəribovun rəhbərliyi altında aşağıdakı təşkilatların beynəlxalq qrantları alınmışdır və həyata keçirilməkdədir:
1. NATO – 1 layıhə
2. CRDF Fondu – 2 layihə
3. AEBA – 8 layihə
4. TACİS – 1 layihə

Aşağıdakı təşkilatlarla beynəlxalq münasibətlər qurulur:
1. Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzi, Transuran Elementləri İnstitutu, Almaniya
2. AEBA
3. ABŞ Energetika Nazirliyi Arqonn Milli Laboratoriyası
4. ABŞ Energetika Nazirliyi, Sandia Milli Laboratoriyası
5. ABŞ Energetika Nazirliyi, Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası
6. AEBA-nın “Zaybersdorf” Elmi Mərkəzi
7. AEBA-nın dəniz tədqiqatları Elmi Mərkəzi, Monako
14 Beynəlxalq və Respublika təşkilatlarında təmsilçilik 1. AEBA-nın Beynəlxalq Nüvə İnformasiya Mərkəzində Azərbaycanın nümayəndəsi
2. MDB-də Nüvə Enerjisindən dinc məqsədlərlə istifadə üzrə dövlətlərarası Beynəlxalq Komissiyada Azərbaycanın nümayəndəsi
3. Türkdilli ölkələrin nüvə tədqiqatları və onların praktik tətbiqi üzrə Təşkilat Komitəsinin üzvü
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrə dair ekspert komissiyasının üzvü
5. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin üzvü (Respublika Prezidentinin Fərmanı)
6. NATO sülh naminə ELM Panel qrupunun üzvü(2008-2011)