Dinc məqsədli nüvə elmləri, enerjisi və texnologiyaları!

Tədqiqat nüvə reaktoru kompleksi

Nüvə Reaktoru Kompleksində ikili biri sıfır, digəri isə 15-20 Megawatt gücündə aşağı dərəcədə zənginləşdirilmiş uran yanacağı istifadə etməklə elmi tədqiqat, tibb, sənaye və kommersiya yönümlü istehsalat potensialına malik olan, müasir avadanlıqlarla təhciz olunan Elmi-Tədqiqat Nüvə Reaktorunun (ETNR) yaradılması üzrə proqram həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Nüvə Reaktorunun rolu

Tədqiqiat Nüvə Reaktoru cəmiyyətin inkişafında yeni bir mərhələ olub müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə həm məlumat, həm də bilik mübadiləsi vasitəsinə çevriləcək, beynəlxalq həmkarlar ilə geniş əməkdaşlığa şərait yaradacaqdır.

ETNR -y dünyada fəaliyyət göstərən OPAL, Cənubi Afrika və Kanadada Chalk River NRU reaktoru və s. kimi reaktorlara analoji şəkildə fəaliyyət göstərəcək, Qafqaz və Cənubi Qafqaz regionunda əsas kommersiya və istehsalat bazasına çevriləcəkdir.

Nüvə Reaktoru Kompleksi - əsasən Milli Nüvə Tədqiqatları Mərkəzi AEBA, CERN, Avropa İttifaqı, Dubna BNTM və nüvə ölkələrinin nüvə mərkəzlərində hazırlıq keçmiş yüksəkixtisaslı kadrları və müvafiq universitetlərin tələbə-müəllim kollektivləri, həmçinin AMEA-nın doktorant və alimlərini özündə cəmləşdirmiş bir kollektivdir.

Tədqiqat Reaktorlarının Əməliyyat Fəaliyyətinin İstiqamətləri:

Dünya tədqiqiat reaktorlarının əksəriyyəti elmi tədqiqiat və təlim, materialların testi, sənaye və tibbdə istifadə edilmək məqsədilə radioizotopların istehsalı üçün istifadə olunur. Tədqiqiat Reaktoları Neytron Fabrikidir.
Azərbaycan MNTM nəzdində Tədqiqiat Nüvə Reaktoru aşağıdakı elmi tədqiqat və kommersiya məqsədilə istifadə edilmək üçün planlaşdırılır.

NEYTRON ŞÜALARI - atom səviyyəsində materialların strukturunu və dinamikasını öyrənmək üçün istifadə olunur. Neytron səpilməsindən nümunələri müxtəlif şəraitdə - təzyiq və mühitdə, yüksək və aşağı temperaturlarda, maqnit sahəsi kimi real şəraitdə tədqiq etmək mümkündür.

TƏHSİL və TƏLİM (Education and Training) - təhsil və təlim prosesində geniş miqyasda tətbiq olunması planlaşdırılır.

NEYTRON AKTİVLƏŞMƏ ANALİZİ (Neutron Activation Analysis) - dən istifadə edərək mineralların, neft-qaz sənaye məhsullarının, materialların və maddələrin tərkibini dəqiqliklə təyin etmək imkanı əldə etmək mümkündür. Belə ki, nümunədə atomlar neytron şüalarının təsiri ilə radioaktivləşdirilir. Sonra hər bir elementin uyğun xarakteristik şüalanması qeyd olunur. Neytron aktivləşməsi radioizotop istehsalı üçün də istifadə olunur. Bundan başqa, neft-qaz kəşfiyyatı, sənayenin müxtəlif sahələrində, radiasion texnologiyalarda müxtəlif izotoplar geniş miqyasda tətbiq olunurlar. Bu izotoplar da, əsasən, TNR-da istehsal olunur və böyük iqtisadi gəlir gətirə bilir.

NEYTRON LEQİRLƏŞDİRMƏ (Neutron Transmutation Doping) - üsulu ilə silisium və digər maddələrin, materialların tərkibinə müxtəlif elementləri daxil etmək mümkündür. Neytron legirə üsulu ilə materialın element tərkibində edilmiş dəyişiklik onların fiziki və fiziki-kimyəvi xassələrində köklü dəyişikliyə səbəb olur. Bu üsulla yüksək effektli günəş çeviriciləri, faydalı xassələri yüksək olan elektronika materialları almaq mümkündür. Tədqiqat Nüvə Reaktorlarının effektiv praktiki tətbiq yollarından biri neytron legirələşmə prosesləridir.

MATERİAL SINAQ REAKTORLARI (Material Testing Reactors) - Nüvə və radiasion texnologiyaları, kosmik texnikası və digər ekstrenal mühit şəraitində istifadə olunan material və maddələrin neytron və digər ionlaşdırıcı şüaların təsiri altında fiziki, mexaniki, kimyəvi və fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının aşkar edilməsi bu növ texnologiya və mühitlər üçün material seçimində həlledici əhəmiyyət kəsb edir. Bu məqsədlə, TNK-da bütün növ Reaktor materiallarının radiasiya, mermik və sair farforların ayrı-ayrılıqda və birgə təsirinə reaksiyaları tədqiq olunur. Alınmış nəticələr praktiki məqsədlərlə material seçimində istifadə olunur.

TİBBİ TƏDQİQATLAR və SƏNAYE ÜÇÜN RADİOİZOTOPLARIN İSTEHSALI (Radio Izotopes for Medicine Research and Industry) - Tibbi diaqnostika, müalicə məqsədi ilə dünyada son dövrlərdə radioizotoplar geniş tətbiq olunur. Bu izotoplar ( Molibden, Texnesium, İttirium, Yod və digərləri) əsasən, Tədqiqat Nüvə Reaktorlarında istehsal olunur.

KOMMERSİYA & TƏDQİQAT ŞÜALANMASI - kimi istifadə olunur.

REGİONAL TƏCRÜBƏ (Regional EXPERTISE) - üçün tətbiq edilir. Təklif olunmuş Tədqiqat Nüvə Kompleksi Azərbaycan Respublikasının olduğu regionda yeganə olub, region ölkələrinin elmi, praktiki və texnoloji tələbatları üçün istifadə olunacaqdır.

NEYTRON TUTULMA TERAPİYASI (Neutron Capture Therapy) - tibbdə və sənayedə, xüsusən beyin və xərçəng kimi bədxassəli şişlərin müalicəsində tətbiq edilir.

Neytron Radiografiyası (Neutron Radiography) - kimi tətbiq olunur.

Aktinidlərin transmutasiyası (Actinide Transmutation) - nüvə reaksiyası vasitəsilə bir kimyəvi elementin (izotopun) başqa birisinə çevrilməsi texnologiyasına əsaslanır.

POZİTRON MƏNBƏLƏRİ (Positron Source) - kimi istifadə olunur.